Nizami Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə növbəti səyyar qəbul keçirib
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 18 fevral 2026-cı il tarixində B.Nuriyev küçəsi 69 ünvanında yerləşən 251 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov təsdiq olunmuş qrafikə uyğun olaraq rayon ərazisində keçirilən səyyar qəbulların məqsədinin sakinlərin qarşılaşdığı problemlərin aradan qaldırılması üçün görülən işlərin keyfiyyətinin artırılmasına, onların müraciətlərinə yerində baxılaraq, həllinin operativ təmin olunmasına xidmət etdiyini bildirib.
Sonra vətəndaşların yaşadıqları ərazi üzrə müraciətləri dinlənilib, qaldırılan məsələlərə dair aidiyyəti üzrə tapşırıqlar verilib.






