Nizami Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə növbəti səyyar qəbul keçirib
Nizami rayon sakinlərinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 214 nömrəli tam orta məktəbdə növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Nizami bələdiyyəsinin sədri, rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib, qeydiyyata alınıb və həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verilib.
Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə keçirilən səyyar qəbullardan razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.






