Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən dekabr ayında növbəti səyyar görüşlər keçirilib

28 dekabr 2022 | 17:57

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 2022-ci ilin dekabr ayında dörd səyyar görüş keçirib.

Səyyar görüşlərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

“Açıq mikrofon” formatında keçirilən görüşlərdə rayon sakinlərini narahat edən problemlər dinlənilib, verilən suallar ətraflı cavablandırılıb. Sakinlər tərəfindən qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə olunub, bir sıra məsələlər yerindəcə həll edilib. Əlavə araşdırma tələb edən problemlərin qısa zamanda aradan qaldırılması üçün Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

Görüşlərdə rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər