Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti səyyar qəbul keçirilib

16 mart 2026 | 18:31

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov martın 16-da Özbəkistan küçəsi 3 ünvanında yerləşən 32 №-li tam orta məktəbdə rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib.

Qəbulda rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, qeydiyyatı aparılıb, bir sıra müraciətlərdə əksini tapan məsələlər yerindəcə həll edilib, vətəndaşları narahat edən digər məsələlərlə bağlı verilən suallar isə ətraflı cavablandırılıb.

Rayon İcra Hakimiyyətinin başçısı həlli əlavə araşdırma tələb edən problemlərin qısa zamanda aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

 

Keçidlər