Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti səyyar qəbul keçirilib

24 sentyabr 2025 | 17:54

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov sentyabrın 24-də 272 nömrəli tam orta məktəbdə rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib.

Qəbulda rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, qeydiyyat aparılıb, bir sıra müraciətlərdə əksini tapan məsələlər yerindəcə həll edilib, vətəndaşları narahat edən digər məsələlərlə bağlı verilən suallar isə ətraflı cavablandırılıb.

Rayon İcra Hakimiyyətinin başçısı həlli əlavə araşdırma tələb edən problemlərin qısa zamanda aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

Keçidlər