Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yanvar ayında növbəti səyyar qəbullar keçirilib

03 fevral 2025 | 17:19

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 2025-ci ilin yanvar ayında rayon sakinləri ilə növbəti səyyar qəbullar keçirib.

Qəbullarda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbullarda sakinlərin söylədikləri müxtəlif təkliflər dinlənilib, onları narahat edən məsələlər yerindəcə aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib və həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Araşdırılması və həlli əlavə vaxt tələb edən məsələlərlə əlaqədar aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib və nəzarətə götürülüb.

Əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işlərdən razılıqlarını ifadə edən sakinlər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər