Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Abbasov küçəsi 39 ünvanında aparılan təmir işləri ilə tanış olub

25 avqust 2025 | 15:47

Nizami rayonunun abadlaşdırılması, küçə və yolların, səkilərin təmiri istiqamətində işlər davam etdirilir.

Görülən işlər çərçivəsində, eyni zamanda sakinlərin müraciəti nəzərə alınaraq, Tofiq Abbasov küçəsi 39 ünvanında asfalt örtüyünün yenilənməsi işləri aparılır.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov qeyd olunan ünvana baxış keçirərək görülən işlərin keyfiyyəti ilə maraqlanıb. Eyni zamanda, həmin ünvanda yaşayan sakinlərlə də görüşüb və onların müraciətlərini dinləyərək aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Aparılan abadlıq-quruculuq işlərini razılıqla qarşılayan sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər