Nizami Rayon İcra Hakmiyyətində etik davranış qaydalarına həsr olunan dəyirmi masa təşkil edilib
08 dekabr 2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində "Dövlət qulluqçularının etik davranışı – korrupsiyaya qarşı mübarizədə əsas alətlərdən biri kimi" mövzusunda dəyirmi masa təşkil edilib.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, etik müvəkkil İldırım Mehdiyev dövlət qulluqçusunun xidməti davranışının "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyini və hər bir dövlət qulluqçusunun bu qanunun müddəalarına əməl etməyə borclu olduğunu bildirib.
Qeyd edib ki, dövlət qulluqçuları vəzifə səlahiyyətlərini yerinə yetirərkən qanunçuluq, obyektivlik, məsuliyyət, etik davranış, vətəndaşlarla səmimi və ədalətli münasibət prinsiplərinə riayət etməlidirlər.
Dəyirmi masada korrupsiyaya qarşı mübarizənin dövlət idarəçiliyinin əsas prioritet istiqamətlərindən biri olduğu, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində bütün dövlət qurumlarında şəffaflıq, hesabatlılıq və vətəndaş məmnunluğu prinsiplərinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığı diqqətə çatdirilib.
Korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya hüquqpozmalarının növləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri barədə məlumatlar verilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.






