Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayon ictimaiyyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

20 yanvar 2026 | 15:14

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, RİHB aparatının, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.

20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülüb, vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını fəda etmiş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad olunub.

Keçidlər