Nizami rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günündə Zəfər parkını ziyarət ediblər
27 sentyabr 2026 | 17:45
27 Sentyabr – Anım Günündə Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər Zəfər parkını ziyarət ediblər. Zəfər abidəsi önünə gül dəstəsi qoyaraq, Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.






