Nizami rayon ictimaiyyəti "Ana harayı” abidəsini ziyarət edib
26 fevral 2026 | 15:02
26 fevral 2026-cı il tarixində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı” abidəsini ziyarət ediblər.
Abidənin önünə gül dəstələri qoyulub, soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.






