Nizami rayon ictimaiyyəti Şanlı Zəfər qələbəsinin 6-cı ildönümünü ilə əlaqədar Zəfər parkını ziyarət ediblər
08 noyabr 2026 | 16:56
8 Noyabr – Zəfər Günündə Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər Zəfər parkını ziyarət ediblər. Zəfər abidəsi önünə gül dəstəsi qoyaraq, Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.






