Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayon məktəbliləri arasında velosiped idmanı üzrə rayon turniri keçirilib

26 oktyabr 2026 | 18:24

Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektoru, Azərbaycan Velosiped Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin birgə təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyəti və 251 nömrəli tam orta ümumtəhsil məktəbinin dəstəyi ilə "Bakı 2026 – Dünyanın İdman Paytaxtı" elan olunması münasibətilə 2026-cı il  26 oktyabr tarixində 251 nömrəli tam orta ümumtəhsil məktəbinin idman meydançasında Nizami rayon məktəbliləri arasında velosiped idmanı üzrə rayon turniri keçirilib.

Turnirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı Eldəniz Zeynalov, Nizami rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif İsayev, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru, eyni zamanda turnirin baş hakimi Gülnarə Məlikova çıxış edərək, iştirakçılara, fiziki tərbiyə müəllimlərinə, məşqçilərə və valideynlərə ürək sözlərini bildirib, fəaliyyətlərində müvəffəqiyyətlər arzu ediblər.

Turnirdə 7 təhsil müəssisəsini təmsil edən 51 oğlan və 7 qız olmaqla ümumilikdə 58 nəfər məktəbli iştirak edib.

Turnirin yekununda qalib və mükafatçı iştirakçılar və idmançılar müəyyən edilib: oğlanlar arasında I yer Həsən Cəlilov (272 nömrəli tam orta məktəb), II yer Fərid Həəsnzadə (242 nömrəli tam orta məktəb), III yer Sərxan Məmmədov (251 nömrəli tam orta məktəb): qızlar arasında I yer Aydan İsmayılzadə (220 nömrəli məktəb-lisey), II yer Sara Əsgərli (251 nömrəli tam orta məktəb), III yer Fatimə Qəniyeva (272 nömrəli tam orta məktəb).

Qaliblərə Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar təqdim olunub.

 

Keçidlər