Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon Mühafizə Polisi İdarəsində 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib

02 iyul 2024 | 17:28

2 iyul – Azərbaycan Polisi Günü ilə əlaqədar Nizami Rayon Mühafizə Polisi İdarəsində tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə  Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, o cümlədən xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon  İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov tədbir iştirakçılarını 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə təbrik edərək, polis əməkdaşlarına məsul və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmana əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edildiyi qeyd edilib.

Bildirilib ki,  daxili işlər orqanları ölkədə cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.

Tədbirdə çıxış edən Nizami Rayon Mühafizə Polisi İdarəsinin rəisi Elşən Camalov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Polisinə göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.

Tədbirin sonunda  xidməti fəaliyyətində fərqlənən bir qrup polis işçisi Nizami Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.

Keçidlər