Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonu ərazisində təmizlik işləri aparılıb

02 sentyabr 2023 | 14:13

Bakı Şəhər İcra Hakimiyyətində Bakıətrafı qəsəbələrdə sanitar-təmizlik və abadlıq məsələlərinə həsr olunmuş müşavirədə verilən tapşırıq və tövsiyələrə uyğun olaraq, paytaxt ərazisində aparılan iməcilik işləri çərçivəsində Nizami rayonu ərazisində ümumrayon iməciliyi təşkil edilib.

Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və Rayon Yaşıllaşdırma Sahəsinin işçiləri tərəfindən rayonun prospekt və küçələrində abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından və tullantılardan təmizlənib. Bundan əlavə, prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin yuyulması həyata keçirilib.

Eyni zamanda, təmizlik-dezinfeksiya işləri aparılaraq, parklardakı və məhəllələrdəki idman qurğuları, uşaq əyləncə avadanlıqları dezinfeksiya edilib, oturacaqlar yuyulub, həmçinin ərazilərdə məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında təmizlik-dezinfeksiya işləri aparılıb.

Kommunal xidmət əməkdaşları ilə yanaşı ictimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları da öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman yaradılması işlərində fəallıq göstəriblər.

Keçidlər