Nizami rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
28 may 2026 | 15:55
Nizami Rayon İcra Hakimiyyəti və Bakı Șəhər Mədəniyyət Baş İdarəsinin və birgə təşkilatçılığı ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində tədbir keçirilib.
H.Abbasov adına Mədəniyyət Mərkəzinin “Klimarası” kukla teatrının təqdimatında “Qırmızı papaq” tamaşası nümayiş olunub, nağıl qəhrəmanları uşaqlarla birlikdə oyunlar keçirib, tanınmış müğənnilər Günel Zeynalova, Tərlan Xəlilov musiqi nömrələri ilə çıxış ediblər.






