Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 2025-2026-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə olunub

30 sentyabr 2025 | 18:27

30 sentyabr 2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində 2025-2026-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyətinə dair müşavirə keçirilib.

Müşavirəni açan Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıqlar çərçivəsində Nizami rayonunda görülməsi nəzərdə tutulan işlər barədə məlumat verib və kommunal xidmət strukturlarına payız-qış aylarında yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması üçün hazırlıq tədbirlərini sürətləndirməyi və müşahidə olunan nöqsanları qısa zaman ərzində aradan qaldırmağı tapşırıb.

Daha sonra payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər barədə əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinin hesabatları dinlənilib və hazırlıqların vəziyyəti müzakirə olunub.

Müşavirəni yekunlaşdıran Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov payız-qış mövsümündə işlərin nümunəvi təşkili, yaranan problemlərin operativ həlli üçün xidmət sahələrinin birgə fəaliyyətinin vacibliyini diqqətə çatdırıb və bu barədə qurumların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

Keçidlər