Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə olunub

22 sentyabr 2026 | 17:38

22 sentyabr 2026-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətində 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyətinə dair müşavirə keçirilib.

Müşavirəni açan Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov kommunal xidmət strukturlarına payız-qış aylarında yarana biləcək problemlərin operativ həlli üçün hazırlıq tədbirlərini sürətləndirməyin və mövcud nöqsanları qısa zamanda aradan qaldırmağın vacibliyini diqqətə çatdırıb.

Daha sonra Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri Şahsultan Həsənov 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıqlar çərçivəsində təsdiq olunmuş tədbirlər planına uyğun görülmüş işlər barədə ümumi məlumat verib. Eyni zamanda, hazırlıq prosesi ilə bağlı əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinin hesabatları dinlənilib, mövcud vəziyyət müzakirə olunub.

Müşavirəyə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov payız-qış mövsümündə işlərin nümunəvi təşkili və yaranacaq çətinliklərin vaxtında aradan qaldırılması üçün xidmət sahələrinin koordinasiyalı fəaliyyətinin vacibliyini vurğulayıb, aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Keçidlər