Nizami rayonunda 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib
23 iyun 2023-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluqçularını təbrik edərək hər birinə bu şərəfli işdə uğurlar arzulayıb.
Sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsini Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başladığını qeyd edib, Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirdiyini və ölkəmizin qüdrətinin gündən-günə artmaqda olduğunu bildirib. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatların düşünülmüş surətdə və müəyyənləşdirilmiş proqramlara uyğun aparıldığını və bu sahədə aparılan islahatların dövlət qulluqçularının məsuliyyətini daha da artırdığını söyləyib.
Tədbirdə “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseynov Rəşad Qadir oğlunun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunduğu qeyd edilıb, həmçinin dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup dövlət qulluqçusuna Fəxri Fərmanlar verilib.