Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib

01 dekabr 2023 | 17:44

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə Əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 3 №-li xüsusi məktəbdə tədbir keçirilib.

Tədbirdə  Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif İsayev, Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva və 3 №-li xüsusi məktəbin direktoru Nüşabə Heydərova çıxış edərək bildiriblər ki, BMT tərəfindən təsis olunan və dekabrın 3-də bütün dünyada keçirilən Beynəlxalq Əlillər Günü Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamına əsasən 1994-cü ildən Azərbaycanda da hər il qeyd edilir.

Qeyd olunub ki, ölkəmizdə əlillər xüsusi dövlət qayğısı ilə əhatə olunub, fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyasında və bacarıqlarının üzə çıxarılmasında önəmli addımlar atılıb, əlil uşaqların təhsil almaları üçün xüsusi təhsil müəssisələri və internat məktəbləri fəaliyyət göstərir.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərman və sərəncamlarına əsasən bu gün respublikamızda əlillərin hüquqlarının qorunması sahəsində mühüm işlər həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və rəhbəri olduğu Heydər Əliyev Fondu  tərəfindən bu kateqoriyadan olan insanlara xüsusi qayğı və diqqət göstərilir.

Tədbirdə əlil uşaqların valideynləri adından Samirə Hüseynli və Səadət Bayramlı çıxış edərək əlillərə göstərilən diqqətə və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə əlil uşaqlar arasında dama yarışı keçirilib, qaliblər mükafatlandırılıblar. Həmçinin əlil uşaqlara Rayon İcra Hakimiyyətinin hədiyyələri verilib.

Tədbirin sonunda uşaqlar üçün Rayon Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmiş  əyləncəli-musiqili proqram nümayiş olunub.

Keçidlər