Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib

07 mart 2024 | 13:51

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Nizami rayonunda şəhid anaları, xanımları və qız övladlarının iştirakı ilə bayram tədbiri keçirilib.

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib, canını vətən uğrunda qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətin inkişafına verdiyi misilsiz töhfələrdən bəhs edib. Qeyd olunub ki, tarixin bütün dövrlərində Azərbaycan qadını zəkası, təmkini, vəfası və yüksək analıq keyfiyyətləri ilə seçilib, zərifliyin, nəcibliyin, gözəlliyin rəmzi olub. 44 günlük Vətən Müharibəsində Azərbaycan qadınının yetişdirdiyi igid oğullar qəhrəmancasına vuruşdular və torpaqlarımızı aciz düşməndən azad etdilər.

O da vurğulanıb ki, Nizami rayonunda bu kimi tədbirlər artıq ənənə halını alıb.

İcra başçısı şəhid analarını və şəhidlərin ailə üzvlərini 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

Tədbirdə incəsənət ustalarının ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.

Keçidlər