Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 8 Noyabr - Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası keçirilib

03 noyabr 2025 | 12:15

03 noyabr 2025-ci il tarixində Zəfər Gününün beşinci il dönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyəti yaşıllıq zolaqlarının artırılması məqsədilə ağacəkmə aksiyası keçirib.

Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və qazilər iştirak ediblər.

Aksiyada E.Süleymanov küçəsində iqlimə uyğun 120 ədəd Eldar şamı əkilib və suvarılıb.

Qeyd edək ki, sözügedən ünvan uzun illər öncədən ərazidə fəaliyyət göstərən avtomobil təmiri emalatxanalarının tullantıları ilə mütəmadi olaraq çirkləndirilmiş vəziyyətdə olub. Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həmin ərazi tullantılardan təmizlənərək torpaq qatının tökülməsi ilə rekultivasiya edilib.

Keçidlər