Nizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə qanvermə aksiyası keçirilib
07 noyabr 2025 | 15:38
8 Noyabr – Zəfər Günü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Modern Hospitalın dəstəyi ilə könüllü qanvermə aksiyası həyata keçirilib.
Aksiya Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq təşkil olunub.
Aksiyaya qoşulan vətəndaşlar əvvəlcə xüsusi həkim briqadası tərəfindən müayinədən keçirilib, hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilib və daha sonra qanın verilməsinə başlanılıb.
Qanvermə aksiyasında 50 nəfərdən artıq könüllü iştirak edib. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.






