Nizami rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib
220 nömrəli məktəb-liseyin idman meydançasında Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyəti və 220 nömrəli məktəb-liseyin dəstəyi ilə 8 Noyabr – Zəfər Günü münasibətilə Nizami rayon məktəbliləri arasında atletika idman növünün kross qaçışı üzrə rayon turniri keçirilib.
Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarında keçən şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra turnirə start verilib.
Ümumilikdə həm komanda növündə, həm də oğlanlar və qızlar arasında şəxsi növdə 1000 və 500 metr məsafəyə kross qaçışı üzrə keçirilən turnirdə 19 təhsil müəssisəsini təmsil edən 94 nəfər məktəbli (57 oğlan və 37 qız) iştirak ediblər.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekununda qalib komandalara kuboklar, şəxsi növdə qalib olanlara isə diplom və medallar təqdim olunub.






