Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş rəsm sərgisi kecirilib

03 noyabr 2025 | 17:25

8 Noyabr - Zəfər Günü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Fırçaların dilində Vətən sevgisi” adlı rəsm sərgisi keçirilib.

Tədbirin məqsədi Vətən müharibəsində qazanılan şanlı Qələbənin əhəmiyyətini məktəblilərə aşılamaq, onların vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, yaradıcı bacarıqlarını nümayiş etdirmək və qəhrəmanlıq salnaməmizi estetik dillə ifadə etməkdir.

Sərgidə şagirdlər tərəfindən çəkilmiş və Zəfər mövzusunu əks etdirən müxtəlif rəsmlər nümayiş etdirilib. Əsərlərdə Azərbaycan Ordusunun rəşadəti, şəhidlərimizin əziz xatirəsi, bayrağımıza və torpağımıza olan sevgi xüsusi ruh və duyğularla təsvir olunub.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül xanım Həsənova iştirakçılara Zəfər Gününün tarixi önəmindən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan qələbədən bəhs edərək, məktəblilərə bu zəfərin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb.

Qeyd edək ki, tədbirdə 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin, 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin və 201 nömrəli tam orta məktəbin istedadlı rəssamlarının əl işləri nümayiş olunub.

Keçidlər