Nizami rayonunda abad məhəllədə Novruz bayramı qeyd edilib
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan xalqımızın qədim el bayramı Novruz hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur.
Bütün ölkədə olduğu kimi, Nizami rayonunda da Novruz bayramı münasibətilə bayram şənlikləri və konsert proqramları təşkil edilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan B.Nuriyev küçəsi 46a ünvanında 13 mart 2025-ci il tarixində Novruz bayramı qeyd edilib.
Abad məhəllə bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram abu-havası yaradılıb.
Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazılər bayrami yüksək sevinc hissi ilə qeyd edib və rəqs ediblər.
Bayramda müğənnilər müxtəlif mahnılar səsləndirib, Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs edib, onlara xoş ovqat bəxş ediblər.