Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda açıq hava konserti təşkil edilib

11 avqust 2026 | 12:36

Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib.

Bu tədbir çərçivəsində Nizami Rayon İcra Hakimiyyəti tərəfindən Heydər Bağı – Park Bulvarda musiqili proqram təşkil edilib.

Gənc musiqiçilərin ifasında müxtəlif xalq, retro və  estrada mahnıları  səsləndirilib. Rəngarəng repertuar, canlı ifalar və xoş atmosfer parka istirahət üçün üz tutan sakinlərə unudulmaz axşam yaşadıb.

İfaçıların çıxışları tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb. Yay axşamlarına xüsusi rəng qatan konsertlərin yay mövsümü boyunca hər şənbə günü davam etdirilməsi nəzərdə tutulub.

 

Keçidlər