Nizami rayonunda açıq havada növbəti yay konserti təşkil edilib
24 avqust 2026 | 12:10
Bakı Şəhər İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Bağı – Park Bulvarda növbəti yay konserti keçirilib. Musiqi gecəsində gənc ifaçılar retro mahnılar, xalq musiqisi və estrada nümunələri səsləndiriblər.
Açıq havada baş tutan konsert sakinlərə musiqili və xoş yay axşamı yaşadıb.






