Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda aprel ayında sakinlərlə səyyar görüşlər keçirilib

29 aprel 2023 | 10:16

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov aprel ayında rayon sakinləri ilə növbəti səyyar qəbullar keçirib.

Qəbullarda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbullarda rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı verilən suallar ətraflı cavablandırılıb.

Qəbullarda səsləndirilən problemlərin qısa zamanda aradan qaldırılması üçün  Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Eyni zamanda, səyyar görüşlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalı haqqında sakinlər məlumatlandırılıb.

Səyyar qəbullarda çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər