Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Azərbaycan Polisi Günü qeyd edilib

02 iyul 2025 | 15:34

Nizami rayonunda 2 İyul - Azərbaycan Polisi Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Rayon Polis İdarəsinin inzibati binasında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Nizami Rayon Polis İdarəsinin rəisi Ziya Əliyev  Azərbaycan Polisinin yaranma tarixindən, polis orqanlarının əldə etdiyi uğurlardan danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları bundan sonra da vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda bütün qüvvə və bacarığını əsirgəməyəcək.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Azərbaycan Polisi Günü münasibətilə polis kollektivini təbrik edib, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunması və daxili sabitliyin təmin olunmasında Azərbaycan polisinin müstəsna rolu olduğunu vurğulayaraq, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirilib ki, daxili işlər orqanlarının inkişafı daim Ümummilli Lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsində, şəxsi heyətin peşəkarlığının artırılmasında əvəzsiz xidmətləri olmuşdur.  Ulu Öndər Heydər Əliyevin Azərbaycan Polisinə göstərdiyi böyük qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandan tərəfindən göstərilən diqqət və qayğı sayəsində bu gün Azərbaycan Polisi dünyada öz güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadrları ilə ön sırada olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.

Tədbirin sonunda  xidməti fəaliyyətində fərqlənən bir qrup polis işçisinə Nizami Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanlar təqdim edilib.

Keçidlər