Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Azərbaycanda İnsan Hüquqları Günü ilə əlaqədar dəyirmi masa təşkil edilib

11 iyun 2025 | 14:30

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 iyun Azərbaycanda İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib.

Dəyirmi masada Nizami Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı bölməsinin məsul əməkdaşları, YAP Nizami rayon təşkilatının, təhsil müəssisələrinin, bələdiyyələrin, ictimai birliklərin nümayəndələri və gənclər iştirak ediblər.

Tədbiri Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova açaraq qeyd edib ki, insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə hüquqi dövlət ququculuğu sahəsində ardıcıl və kompleks tədbirlər keçirilmiş, bu istiqamətdə hüquqi baza formalaşdırılmışdır. Müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmini istiqamətində baş verən bütün köklü müsbət dəyişikliklər Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində mümkün olub.

Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən isə 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi təsis edilmişdir.

Vurğulanıb ki, Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul edilən Konstitusiyası insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çəkib. Azərbaycan Konstitusiyasının təxminən üçdə biri birbaşa insan hüquq və azadlıqlarının təsbitinə və qorunmasına həsr olunub.

Dəyirmi masada həmçinin Nizami Rayon Nəhkəməsinin hakimi Ülkər Yusifova, Nizami Rayon Prokurorunun köməkçisi Qəhrəman Məmmədov, Nizami Rayon Polis İdarəsinin əməkdaşı Zaur Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsinin rəis müavini Bəhruz Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı bölməsinin əməkdaşı Nuru İmanov və YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov insan hüquqları ilə bağlı müxtəlif mövzularda çıxış ediblər.

Tədbir müzakirələrlə davam edib, iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.

Keçidlər