Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Balaca qəlblərə, böyük qayğı” layihəsi çərçivəsində ödənişsiz ürək müayinəsi aksiyası keçirilib

19 may 2025 | 14:07

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və LİV Bona-Dea Hospitalın təşəbbüsü ilə Nizami rayonu ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində təhsil alan məktəblilər üçün “Balaca qəlblərə, böyük qayğı” layihəsi çərçivəsində ödənişsiz ürək müayinəsi aksiyası keçirilib.

Aksiyanın məqsədi rayon ərazisində yerləşən ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdə anadangəlmə və ya sonradan qazanılmış gizli ürək xəstəliklərinin erkən yaşda aşkarlanması, eyni zamanda, uşaqların vaxtında tibbi müayinəyə cəlb edilməsinin zəruri olması barədə valideynlərin maarifləndirilməsidir.

Əvvəlcədən müəyyən olunmuş siyahı üzrə məktəblilər qrafikə əsasən sözügedən müəssisədə kardioloji müayinədən keçiblər.

Keçidlər