Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

05 oktyabr 2023 | 16:57

Nizami rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayonun təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov giriş sözü ilə tədbiri açaraq Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil sahəsində çalışanları təbrik edib, onlara can sağlığı və şərəfli işlərində uğurlar diləyib.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi təhsil sahəsində də şərəflə çalışan insаnlаrın əməyinə həmişə yüksək qiymət vеrib, оnlаrа böyük hörmət və еhtirаmını bildirib, bu peşə sahiblərinə yüksək diqqət və qayğı göstərib.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan müəllimlərinə göstərdiyi yüksək diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir, rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür.

Tədbirdə həmçinin 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı, 32 və 238 saylı tam orta məktəblərin direktorları Sevda Abdullayeva, Xuraman Osmanova və qəbul imtahanlarında 100 faiz nəticə göstərən sinfin rəhbəri, 220 saylı məktəb-liseyin ingilis dili müəllimi Nahidə Hüseynova çıxış edərək təhsil sahəsinə və bu sahənin aparıcı qüvvəsi olan müəllimlərə göstərilən böyük dəstəyə, qayğı və diqqətə görə təhsil işçiləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və  Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını və dərin təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda 2022-2023-cü tədris ilinin nəticələrinə görə fərqlənən bir qrup təhsil işçisi Rayon İcra Hakimiyyətinın başçısı tərəfindən mükafatlandırılıb.

Keçidlər