Nizami rayonunda Bilik Günü münasibətilə tədbir keçirilib
Nizami rayonunun tədris müəssisələrində qonaqların, ictimaiyyət nümayəndələrinin, məktəblərin pedaqoji kollektivlərinin, şagird və valideynlərin iştirakı ilə 15 sentyabr – Bilik Günü münasibətilə tədbirlər keçirilib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 214 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə iştirak edib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı yeni tədris ilinin başlanması, 15 sentyabr – Bilik Günü münasibətilə şagird və müəllim kollektivini, həmçinin Vətən müharibəsi şəhidi Vidadi Zalovun övladı Humay Zalovanın timsalında məktəbin birinci sinfində təhsilə başlayacaq şagirdləri və onların ailə üzvlərini təbrik edib, onlara yeni tədris ilində uğurlar diləyib.
Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti sayəsində təhsil sistemi yeni inkişaf dövrünü yaşayır. Ölkəmizdə beynəlxalq standartlara uyğun yüksək səviyyəli təhsil infrastrukturu formalaşdırılmış, təhsilin məzmun, forma və keyfiyyətcə yeniləşdirilməsinə xidmət göstərən dövlət proqramları qəbul edilmişdir.
Vurğulanıb ki, təhsil sahəsində aparılan genişmiqyaslı işlər ölkəmizdə savadlı, istedadlı və vətənpərvər gənc nəslin yetişməsinə zəmin yaradır və Azərbaycanın sürətli inkişafında əsas baza rolunu oynayır.
Təhsil sisteminin inkişafı istiqamətində atılan addımlar, həyata keçirilən çoxşaxəli layihələr, icra edilən dövlət proqramları bu gün öz bəhrələrini verir və keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsi, yüksək nəticələrin qazanılması bunun real göstəricisidir.
Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri çərçivəsində həyata keçirilən tədbirlər Azərbaycan təhsilinin davamlı inkişafına böyük töhfələr verir.
Tədbirdə məktəblilərin ifasında kompozisiya nümayiş olunub, yeni tədris ilinin başlanmasını bildirən ilk zəng çalındıqdan sonra birincilər siniflərə yola salınıb.






