Nizami rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd edilib
Nizami Rayon İcra Hakimiyyətində Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluqçularını təbrik edib, bu şərəfli işdə uğurlar arzulayıb. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında köklü islahatlara məhz Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə başlanıldığını və aparılan islahatların nəticəsi olaraq “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsi ilə dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələrinin müəyyən edildiyini qeyd edib. Bu gün Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən dövlət qulluğu sahəsinin inkişafına xüsusi diqqət yetirilərək bu sahədə mütərəqqi normativ hüquqi baza formalaşdırılıb, işin səmərəliliyini artırmağa və çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizminin yaradıldığını vurğulayıb.
Müdrik siyasi xadim, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında çalışmağın hər bir dövlət qulluqçusu üçün böyük şərəf olduğu və buna görə də vəzifə borcunu daha yüksək peşəkarlıq və məsuliyyətlə yerinə yetirərək vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, onların gündəlik problemlərinin həllində yaxından iştirak etməli olduğunun vacibliyi diqqətə çatdırılıb.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup dövlət qulluqçularına Fəxri Fərmanlar verilib.