Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib

01 aprel 2025 | 18:33

01 aprel 2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, başçının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayonda görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Nizami rayonunda aparılan abadlıq-quruculuq işlərindən, yeni layihələrinin icrasından və qarşıda duran vəzifələrdən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik  ili” elan olunduğunu xatırladaraq, bu il çərçivəsində rayon ərazisində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq həyata keçiriləcək tədbirlər barədə tapşırıqlarını verib. Eyni zamanda,  görüləcək işlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, günün tələbləri səviyyəsində aparılmasının vacibliyini vurğulayıb.

İclasda geniş müzakirələr aparılıb, idarə və təşkilatların, xidmət sahələrinin rəhbərləri çıxış edərək görülən işlər və mövcud problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər.

İclasda qarşıda duran vəzifələr müəyyənləşdirilib, aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib.

Keçidlər