Nizami rayonunda hemofiliyalı və talassemiyalı xəstələrə kömək məqsədilə qanvermə aksiyası keçirilib
06 fevral 2025 | 17:18
Nizami Rayon İcra Hakimiyyəti və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşkilatçılığı ilə 06 fevral 2025-ci il tarixində 26 nömrəli şəhər poliklinikasında hemofiliyalı və talassemiyalı xəstələrə kömək məqsədilə qanvermə aksiyası keçirilib.
Aksiyaya qoşulan vətəndaşlar əvvəlcə xüsusi həkim briqadası tərəfindən müayinədən keçirilib, hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilib və daha sonra qanın verilməsinə başlanılıb.
Qanvermə aksiyasında 100-dən artıq könüllü iştirak edib. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.