Nizami rayonunda "Həyat Seçimini Özün Et – Narkotikə Yox De!" adlı aksiya keçirilib
14 aprel 2025-ci il tarixində narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində "Həyat Seçimini Özün Et – Narkotikə Yox De!" adlı aksiya keçirilib.
Sözügedən tədbirdə Nizami Rayon Polis İdarəsinin, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə sektorunun əməkdaşıarı və 44 nömrəli Şəhər Poliklinikasının həkim-mütəxəsssisləri iştirak etmişdirlər. Maarifləndirmə xarakteri daşıyan tədbirdə rayon sakinləri ilə söhbətlər aparılıb və Nizami rayon könüllüləri tərəfindən rayon sakinlərinə bukletlər paylanılıb.
Dünyanın ən böyük problemlərindən biri kimi bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsi ən ağrılı problemlərdən biridir. Hər bir xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya meyil günü-gündən artmaqdadır. Təəssüflər olsun ki, narkotika istifadəçilərinin sırasında sayları ilbəil artan yeniyetmə və gənclər çoxluq təşkil edir. Onu da qeyd etmək lazımdır ki, hazırkı mürəkkəb şəraitdə narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqeyinə və əməli köməyinə böyük ehtiyac vardır.
Bu istiqamətdə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən əhali arasında ardıcıl olaraq maarifləndirmə tədbirlərin həyata keçirilməsi davam edəcəkdir.