Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib

30 may 2023 | 17:07

Nizami Rayon İcra Hakimiyyətinin və Missiya Media Qrupunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün 30 iyun 2023-cü il tarixində  “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir” adlı bayram tədbiri keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək şəhid və qazi övladlarını 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxt gələcək və təhsillərində uğurlar arzulayıb. Qeyd edilib ki, Azərbaycanda uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevirdi, müstəqil Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olmuşdur.

Bütün sahələrdə olduğu kimi, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti də bu gün möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən çox uğurla davam etdirilir. Eyni zamanda, ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu yöndə səfərbər olunmasına yönəlmişdir.

Tədbirdə həmçinin şəhid və qazi övladlarına göstərilən hərtərəfli qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirdə uşaqlar üçün əyləncəli-musiqili proqram nümayiş olunub, şəhid və qazi övladlarına hədiyyələr verilib.

Keçidlər