Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində fləş-mob keçirilib

28 aprel 2023 | 16:33

“Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecin ərazisində fləş-mob keçirilib.

Fləş-mobda 300-dək gənc iştirak edib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq gənclər Ümummilli Liderin “imzası”, yubiley simvolu olaraq “100” və sonsuzluq formasında düzülüblər.

Bununla da gənclər bir daha 100 illik yubiley ərəfəsində Ulu Öndər Heydər Əliyevin xatirəsinə olan sonsuz sevgi və hörmətlərini diqqətə çatdırıblar.

 

 

Keçidlər