Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində Şahmat turniri keçirilib
“Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Şahmat turniri keçirilib.
Şahmat turnirində Nizami rayonunun 22 təhsil müəssisəsi üzrə 45 şagird iştirak edib.
Qızlar arasında birinci yeri 210 nömrəli tam orta məktəbin şagirdi Hüsniyə Qayıbova, ikinci yeri 70 nömrəli məktəb-liseyin şagirdi Yasəmən Fərziyeva, üçüncü yeri isə 229 nömrəli tam orta məktəbin şagirdi Nəzrin Süleymanlı tutub. Oğlanlar arasında isə birinci yeri 129 nömrəli tam orta məktəbin şagirdi Tunar Davudov, ikinci yeri 251 nömrəli orta məktəbin şagirdi Rəvan Satırov, üçüncü yeri isə 10 nömrəli tam orta məktəbin şagirdi Rəsul Visli tutub.
Turnirin bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov bildiriblər ki, Heydər Əliyev dövlətimizin və xalqımızın hər bir uğurunda, inkişafın hər bir məqamında, hər bir nailiyyətində minnətdarlıqla, sevgi ilə xatırlanır. Çünki onların hər birində Heydər Əliyev izləri, Heydər Əliyev töhfələri vardır. Qürurla yaşadığımız müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycan Heydər Əliyevin müəllifi olduğu məqsədyönlü və müdrik siyasət nəticəsində mövcud inkişafa nail olub. Azərbaycan daha böyük yüksəlişə Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev yolu ilə uğurla gedir.
Çıxışlardan sonra təltifetmə mərasimi keçirilib. Qaliblərə diplomlar, medallar və kubok, yarış iştirakçılarına isə sertifikatlar təqdim olunub.