Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ümumrayon tədbiri keçirilib

26 dekabr 2023 | 19:08

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə qonaqların, Milli Məclisin deputatlarının, idarə və müəssisə rəhbərlərinin, ictimai təşkilatların nümayəndələrinin, qazilərin və gənclərin iştirakı 26 dekabr 2023-cü il tarixində ümumrayon tədbiri keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musəbəyov, Sədaqət Vəliyeva, Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin həyatından və misilsiz fəaliyyətindən geniş məlumatlar veriblər. Qeyd olunub ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Tarix yazan və yaradan Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti tariximizin şanlı səhifəsi, Azərbaycanın inkişaf və tərəqqi səlnaməsi, hər anı böyük uğurlar və nailiyyətlərlə ölçülən təkrarolunmaz siyasi məktəbdir.

Xüsusilə vurğulanıb ki, 2023-cü il “Heydər Əliyev İli” xalqımızın tarixinə öz əlamətdarlığı və möhtəşəmliyi ilə, eyni zamanda qazanılmış uğurlar və qalibiyyətlərlə qızıl hərflərlə əbədi həkk olundu. Heydər Əliyev siyasi kursunu ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük siyasəti və qətiyyəti sayəsində Azərbaycanın tam suverenliyi bərpa olundu. Xalqımız fəxarət dolu qürurverici anlar yaşamaqla qalibiyyət təntənəsinə şahidlik etdi. Bu möhtəşəm Qələbə “Heydər Əliyev İli”ndə möhtərəm Prezidentimizin Azərbaycan xalqına verdiyi ən böyük hədiyyəsidir.

Tədbirdə “Heydər Əliyev İli” çərçivəsində Nizami rayonunda keçirilmiş tədbirlərdən ibarət videoçarx nümayiş olunub, Nizami rayonunda keçirilmiş tədbirlərin, yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qalibləri mükafatlandırılıb, həmçinin Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmuş bir qrup şəxsə Partiya vəsiqələri təqdim edilib.

Tədbir bədii hissə ilə davam etdirilib, incəsənət nümayəndələri musiqi proqramları ilə çıxış ediblər.

Keçidlər