Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuş şəxslərə yubiley medalının təqdimetmə mərasimi keçirilib

14 mart 2024 | 17:57

Nizami Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və YAP Nizami rayon təşkilatının üzvlərinin iştirakı ilə 14 mart 2024-cü il tarixində “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuş şəxslərə yubiley medalının təqdimetmə mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Ulu Öndər Heydər Əliyev zəngin və çoxşaxəli irsinin təbliği, eyni zamanda, rayonun ictimai-siyasi həyatında fəal və səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuş uzun müddət Heydər Əliyev adına Neft Emalı Zavodunda müxtəlif vəzifələrdə işləmiş, YAP Nizami rayon təşkilatının Siyasi Şurasının üzvü Məmmədov Edilman Cəbrayıl oğlunu və təhsil sahəsində çalışan, 1 №-li Uşaq Evinin direktoru Zöhrabova Nərminə Şikayət qızını təbrik edərək onlara yubiley medalını təqdim edib, gələcək fəaliyyətlərində uğurlar diləyib.

Yubiley medalı ilə təltif olunanlar çıxış edərək “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmalarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər və bundan sonra da fəaliyyətlərində Heydər Əliyev irsinin tədqiqi və təbliğində, həmçinin gələcək nəsillərə ötürülməsi istiqamətində daha fəal olacaqlarını söyləyiblər.

Tədbirin sonunda xatirə şəkili çəkilib.

Keçidlər