Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda I Makeathon Nizami Festivalı keçirilib

15 may 2025 | 13:48

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə I Makeathon Nizami Festivalı keçirilib.

Festivalda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Rasim Musabəyov, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun müdiri Turanə Məcidli, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan Festivalda Nizami rayonunun 20-yə yaxın təhsil müəssisəsindən 150-dək nümayəndə iştirak edib. Onlar “Texno-ideya”, “Sumo roboteks”, “Tullantıdan sənətə” və “Sərbəst yaradıcılıq” kateqoriyaları üzrə əl işlərini və layihələrini nümayiş etdiriblər.

Festival iştirakçılarının layihə və işlərinin təqdimatından sonra rəsmi mükafatlandırma mərasimi keçirilib.

“Texno-ideya”, “Sumo roboteks”, “Tullantıdan sənətə” və “Sərbəst yaradıcılıq” kateqoriyaları üzrə ən yaxşı işlərin müəllifləri, eləcə də ən yaxşı  layihə təqdimatını etmiş müəssisələr, həmçinin 2025-ci il ərzində keçirilmiş beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdə uğurlu nəticələr qazanmaqla gənclərə örnək olan Nizami rayon məktəblərinin şagirdləri mükafatlandırılıb, onlara medallar, diplomlar və hədiyyələr təqdim edilib.

Keçidlər