Nizami rayonunda iftar süfrəsi açılıb
18 mart 2025 | 11:58
Mübarək Ramazan ayı ilə əlaqədar Nizami rayonunda 17 mart 2025-ci il tarixində iftar süfrəsi təşkil olunub.
İftar süfrəsində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, dini icmaların və ictimai təşkilatların rəhbərləri, Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Tədbirdə “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan duası ilə İftar süfrəsi açılıb.
Mərasin süfrə duası ilə yekunlaşıb.