Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda iftar süfrəsi təşkil olunub

05 aprel 2024 | 19:47

Nizami rayonunda mübarək Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil olunub.

İftar süfrəsində Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, dini icmaların və ictimai təşkilatların rəhbərləri, Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək Ramazan ayının milli-mənəvi dəyərlərimizdə xüsusi yeri olduğunu bildirib və qarşıdan gələn Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, qazilərə can sağlığı, şəhidlərimizə rəhmət diləyib.

Vurğulanıb ki, bu il ilk dəfədir ki, Ali Baş Komandan cənab İlham Əliyevin böyük hərbi-siyasi diplomatiyası, qətiyyəti və müzəffər Ordumuzun şücayəti sayəsində tam ərazi bütövlüyü təmin olunmuş və Azərbaycanın hər bir diyarında şanlı Zəfərin təntənəsi ilə yaşayan xalqımız mübarək Ramazan bayramını daha böyük ruh yüksəkliyi ilə qeyd edir.

Tədbirdə “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan duası ilə İftar süfrəsi açılıb.

Mərasin süfrə duası ilə yekunlaşıb.

Keçidlər