Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “İlham Əliyev: Tarixin ən qüdrətli Azərbaycanının və böyük zəfərin müəllifi” mövzusunda elmi seminar keçirilib

24 noyabr 2023 | 17:47

Nizami rayonunda “Heydər Əliyev ili” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkil etdiyi “İlham Əliyev: Tarixin ən qüdrətli Azərbaycanının və böyük zəfərin müəllifi” mövzusunda elmi seminar keçirilib.

Seminar iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Sonra seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Seminarda Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.

Bildirilib ki, bu gün dünya azərbaycanlıları müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edir. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi dövründə bu dahi şəxsiyyətin xilaskarlıq missiyası, Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətləri xüsusi minnətdarlıqla xatırlanır. Elə “Heydər Əliyev ili” çərçivəsində çoxsaylı tədbirlərin, konfransların baş tutması Ulu Öndərin xatirəsinə bəslənən tükənməz sevgi və ehtiramdan xəbər verir.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub. 2020-ci ildə Vətən müharibəsi şanlı Zəfərlə başa çatıb, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad edib, xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyub. 2023-cü ilin sentyabr ayının 19-da keçirilmiş antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi tam olaraq təmin edilib. Şübhə yoxdur ki, bu Zəfər yolunun əsasında Azərbaycanın böyük oğlu, dünyaşöhrətli siyasətçi, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır. Bu gün artıq üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın, Şərqi Zəngəzurun hər bir qarışında qürurla dalğalanır.

Seminar gənclərin suallarının cavablandırılması ilə davam edib.

Keçidlər