Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda iyul ayında sakinlərlə növbəti səyyar görüşlər keçirilib

22 iyul 2022 | 18:02

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov iyul ayında rayon sakinləri ilə növbəti səyyar qəbullar keçirib.

Səyyar qəbullarda Rayon İcra Hakimiyyəti başçısı aparatının və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin məsul əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbullarda rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.

Sakinlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bəziləri rayon icra hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, əlavə araşdırmalara ehtiyac olan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Səyyar qəbullar zamanı sakinlər rayon ərazisində aparılan abadlıq işlərindən razı qaldıqlarını, eyni zamanda, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər