Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda iyun ayında növbəti səyyar görüşlər keçirilib

30 iyun 2022 | 15:35

Nizami rayonunda sakinlərin problemlərinin yerindəcə öyrənilib aradan qaldırılması məqsədilə 2022-ci ilin iyun ayında Rayon İcra Hakimiyyəti başçısı Coşqun Cəbrayılovun dörd səyyar görüşü keçirilib.

Səyyar qəbullarda Rayon İcra Hakimiyyəti başçısı aparatının və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin məsul əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbullarda rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı verilən suallar ətraflı cavablandırılıb.

Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən səsləndirilən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Eyni zamanda. səyyar görüşlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalı haqqında sakinlər məlumatlandırılıb, portalın yaradılmasında əsas məqsədin yerli icra hakimiyyətlərinin xidmətlərinin elektronlaşdırılması, data əsaslı çevik idarəetmə, vətəndaş məmnuniyyəti və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması olduğu, bu portalın həm yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, həm də vətəndaşların vaxt və resurslarına qənaət etməyə kömək edəcəyi bildirilib. Həmçinin dövlət xidmətlərinin göstərilməsində vətəndaş iştirakının təmin olunmasının nəzərdə tutulduğu və bu məqsədlə portalda xüsusi bölmə yaradıldığı da nəzərə çatdırılıb.

Səyyar görüşlər zamanı çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər