Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda iyun ayında növbəti səyyar qəbullar keçirilib

27 iyun 2024 | 11:58

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun 2024-cü ilin iyun ayında rayon sakinləri ilə növbəti dörd səyyar görüşü keçirilib.

Səyyar görüşlərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin məsul əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Səyyar qəbullarda vətəndaşların müraciətləri rayon rəhbərliyi tərəfindən  dinlənilib, onlara ətraflı izahatlar verilib. Sakinləri narahat edən mövcud problemlərin qısa zamanda həlli üçün əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilərək, onların həlli nəzarətə götürülüb.

Keçidlər